SON XƏBƏRLƏR

“OBA” marketlər şəbəkəsinin Lənkəran filialında mənimsəmə faktı aşkar olunub. Bu haqda məlumatı bu gün, 15 oktyabr tarixində Lənkəran Rayon Prokurorluğu Reporta verib.

Belə ki, “OBA” marketin Satış Əməliyyatları Şöbəsinin satıcı-kassiri həmçinin, əmək müqaviləsinə əlavə ilə administrator vəzifəsində işləmiş Elxan Cəfərzadə 28.03.2017 –  21.05.2018-ci il tarixləri arasında qeyri-qida məhsullarını kassadan kənar sataraq 73 min 907 manat məbləğində şirkətə ziyan vurub.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam edir.

Qeyd edək ki, “OBA” market MMC “Veysəloğlu” şirkətlər qrupuna daxildir.