SON XƏBƏRLƏR

Lənkəranda “O biri otaq”ın təşkilatçılığı ilə intellektual oyun baş tutacaq. Bu haqda bu gün, 27 aprel tarixində Cenublu.az Lənkəran Klubuna istinadən xəbər verir.

30 aprel tarixində keçiriləcək 30 suallıq “Nə? Harada? Nə zaman?” marafonundan sonra qaliblər mükafatlandırılacaqlar. Siz də həm əylənmək, həm də öyrənmək üçün elə indi 2 və ya 3 nəfərlik heyətinizi formalaşdırıb qeydiyyatdan keçin. Yarışda iştirak haqqı hər komanda üçün 6 AZN təşkil edir.

Komandası olmayanlar tək qeydiyyatdan keçə bilərlər, yarış günü həmin oyunçulardan komanda formalaşdırmağa köməklik göstəriləcək.

Qeydiyyat üçün: 050 634 43 11 (WhatsApp).