Gənclərin sevimli məkanına çevrilən “Tor coffee shop”-da “Açıq mikrofon” layihəsinin növbəti qonağının adını açıqlanıb. Bu haqda bu gün, 28 may tarixində Cenublu.az xəbər verir.
“Tor coffee shop”-da keçirilən “açıq mikrofon” tədbiri izləyicilərin marağına səbəb olduğundan, təşkilatçılar tez bir zamanda layihənin ikinci görüşünü keçirmək qərarını alıblar. 4 iyun saat 17:00-da qonaqlar məşhur xalq artisti, aktyor, ssenarist Vidadi Həsənovla görüşə biləcəklər.
Yerlərin məhdud olduğu tədbirdə iştirak etmək üçün qeydiyyat mütləqdir. Əlaqə nömrəsi: 050 531 92 94.