Lənkəranda Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsi üzvləri ilə görüş keçiriləcək. Bu haqda bu gün, 15 dekabr tarixində Cenublu.az “O biri otaq”a istinadən xəbər verir.
Açıq mikrofon 18 dekabr saat 14:00-da “Tor coffee shop”da baş tutacaq. Görüşdə AYB -nin Lənkəran Bölməsinin sədri, yazıçı Qafar Cəfərli, bölmənin ədəbi məsləhətçisi Ağamir Cavad, şairlərdən Əhməd Haqsevər, Ziyafət Yəhya və Əyyub Türkay iştirak edəcəklər.
Görüşdə iştirak ödənişsizdir. Qeydiyyat üçün: 050 531 92 94.