Cəlilabadda şəhid ailələri ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 mart tarixində verir.
Novruz bayramı ilə əlaqədar Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, mədəniyyət mərkəzinin direktoru Ramil İbrahimov, MİHİ-nin Cəlilabad rayon komitəsinin sədri Cəbrayıl Gözəlov şəhidlər Tacir Eminovun, Fərid Teymurovun və Röyal Nəsirovun ailələrini ziyarət ediblər.
Ziyarət zamanı mədəniyyət nümayəndələri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara ehtiramlarını ifadə ediblər. Həmçinin ziyarət zamanı şəhid ailələrinə bayram sovqatı təqdim olunub.