SON XƏBƏRLƏR

Kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərov saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 mart tarixində verir.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, 10 mart tarixində Bakının Nəsimi rayonu ərazisində Nicat Əkbərova qarşı silahlı hücum olmuşdu. Hadisəyə görə şübhəli şəxs qismində Şahmar İsmayılov, Elvin Qasımov və Vüqar Quliyev saxlanılıblar. İnsident nəticəsində məsələyə aidiyyəti olmayan iki nəfər yaralanmışdı.