Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Lənkəranda sakinlərlə görüşüb. Bu haqda bu gün, 25 yanvar tarixində Cenublu.az nazirliyə istinadən xəbər verir.
Nazir müavini Vüsal Nəsirli ilə görüşmək üçün müraciət edənlər sırasında Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin və digər şəhid ailələrinin üzvləri, müharibə veteranları da olublar.
V.Nəsirli onların sosial vəziyyəti ilə maraqlanıb, ölkəmizdə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş miqyasda sosial dəstək tədbirləri həyata keçirildiyini qeyd edib.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.