SON XƏBƏRLƏR

Cəlilabadda sürücü avtomobili narkotik vasitələrin təsiri altında idarə edib. Bu haqda bu gün, 14 dekabr tarixində Cenublu.az APA.az-a istinadən xəbər verir.

“Mercedes” markalı avtomobilin sürücüsü yol hərəkət qaydasını pozduğu üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Cəlilabad rayon sakini R.Astanovun narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən, R.Astanovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Onun barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.