Astarada “Narkomaniyaya yox deyək” başlığı altında rəsmlər nümayiş etdirilib. Bu haqda bu gün, 22 noyabr tarixində Astara Dövlət Rəsm Qalereyasının rəsmi Facebook səhifəsində paylaşılıb.
Astara rayon İcra Hakimiyyəti və rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə yeniyetmələr narkomaniyaya qarşı olan əl işləri və rəsm sərgisi quraşdırıblar.
Tədbirdə narkomaniyanın səbəb olduğu ağır fəsadlar barədə məlumatlar verilib. Yeniyetmə və gənclərlə maarifləndirici görüşləri keçirməkdə məqsəd gənc nəslin sağlam böyüməsinə tövhə verməkdir.
