Lənkəranda “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı bilik yarışı təşkil olunub. Bu haqda bu gün, 3 may tarixində Cenublu.az Lənkəran Şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Yarış Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı Mülki Müdafiə Alayının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə iştirak edən şəxslər Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan ulu öndərin müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, tükənməz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdiyini qeyd ediblər.
Çıxışlardan sonra baş tutan turnirdə gənc əsgərlər öz qüvvələrini sınayıblar. Nəticədə l yerə “Xilasedicilər”, ll yerə “Çilingərlər”, lll yerə isə “Rabitəçilər” komandaları layiq görülüb.