Məşhur lənkəranlı aktyor Müşviq Şahverdiyevin tanınmış film istehsalçısı “Cinemazadeh” ilə olan məhkəməsi sona çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 mart tarixində verir.
Hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən məhkəmədə Müşviq Şahverdiyev təqsirli bilinib. O bildirib ki, ona qarşı haqsızlıq edilib:
“Məhkəmə sona çatdı, nə qədər sənədlər, səsli mesajlar, danışıqlar topladıq. Məhkəmə ədalətsiz qərar verdi. Hakim Ülkər Həsənova idi. Onların yalan sübutu qəbul olundu. Guya film çəkiblər, mən getməmişəm. Mənə verdikləri avansı tələb edirlər. Utandım, utandırıcı bir şeylər etdilər. Bu ədalətsizliyi edib, sonra insanların gözünə necə baxırlar, təəssüf edirəm. Şirkətin direktoru Cəfər Axundazə, hələ iş bitməyib. Apellyasiya məhkəməsinə müraciət edəcəyəm. Hər şeyi sübut edəcəyəm”.
Qeyd edək ki, şirkət aktyordan 90 min manat təzminat tələb edir.