SON XƏBƏRLƏR

Lənkəranda fəaliyyət göstərən Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi məktəbinin 65 illiyi qeyd olunub. Bu haqda bu gün, 6 dekabr tarixində Cenublu.az ARB Cənub-a istinadən xəbər verir.

Lənkəran şəhərindəki Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbi respublikamızda nümunəvi təhsil ocaqlarından sayılır. Məktəbin yetirmələrinin uğurları, xoş sorağı ölkəmizin hüdudlarından uzaqlarda da eşidilir.

Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilən yubiley tədbirində ŞİH-nin rəsmiləri, mədəniyyət işçiləri, məktəbin müəllim və şagirdləri, valideynlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yubiley tədbirində çıxış edən digər qonaqlar təhsil ocağının gənc nəslin musiqi zövqünün inkişafında, mənəvi tərbiyəsində rolundan, respublikamızın digər təhsil müəssisələri ilə işgüzar əlaqələrindən danışıblar. Tədbirdə musiqi məktəbinin 65 illik yubileyi münasibətilə Lənkəran ŞİH-nin və Lənkəran RGMİ-nin fəxri fərmanları kollektivə təqdim olunub.

Yubiley tədbiri məktəbin xalq çalğı orkestrinin, müəllimlərinin, “Cənublu qızlar” və digər folklor ansambllarının, xanəndələrin, “Buta” rəqs qrupunun çıxışları ilə davam etdirilib. Qeyd edək ki, 65 yaşı tamam olan musiqi məktəbində 96 peşəkar müəllim tərəfindən 400 şagirdə musiqi sənətinin incəlikləri öyrədilir.

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü