SON XƏBƏRLƏR

Məşhur lənkəranlı akyor film şirkəti tərəfindən məhkəməyə verilib. Bu haqda bu gün, 12 dekabr tarixində Cenublu.az Lent.az-a istinadən xəbər verir.

Müşviq Şahverdiyev barəsində Bakı Kommersiya Məhkəməsi iddia qaldırıb. “Cinemazadeh”in qaldırdığı iddiaya əsasən, aktyor film çəkilişləri ilə əlaqədar bağladığı müqavilənin öhdəliklərini yerinə yetirməyib.

Məsələ ilə bağlı aktyorun meneceri bildirib ki, hazırda Müşviq Şahverdiyev Bakıda deyil və məsələ barədə heç bir açıqlama vermək istəmir.

Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq iddianın ilkin hazırlıq iclası yanvarın 11-də keçirilib. Növbəti iclas isə bu ayın 27-də baş tutacaq.