Masallıda transformator təhlükə mənbəyinə çevrilib. Bu haqda bu gün, 18 mart tarixində Cenublu.az xəbər verir.
Sözügedən transformator Musaküçə kənd qəbiristanlığının həyətində yerləşir. Belə ki, transformatorun heç bir qoruyucu hasarı yoxdur. Həmçinin qarışıq açıq naqillərdən çıxışları olan transformatora bitişik quru ağaclar müvcuddur.
Bu da küləkli havada yarana biləcək kiçik qığılcımın belə bir sira fəsadlara səbəb olmasına gətirib çıxara bilər.