Mübariz Mənsimovun sahibi olduğu şirkət Türkiyədə təbii fəlakət nəticəsində zərər çəkmiş insanlara növbəti yardımını edib. Bu haqda bu gün, 16 fevral tarixində Cenublu.az Qafqazinfo.az-a istinadən xəbər verir
Belə ki, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə tək ürək” adı altında zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirib.
Bundan xəbər tutan “Palmali Holding”in prezidenti Mübariz Mənsimov da bu kampaniyada iştirak edib. Belə ki, azərbaycanlı iş adamının nümayəndəsi canlı efirdə tanınmış türkiyəli sənətçi Hülya Avşara zəng edərək “Palmali Holding”in rəhbərinin də ianələrə qoşulmaq istədiyini bildirib.
Hülya Avşar ianələri qeyd edərək onları canlı efirdə səsləndirib. Bunlar 2 milyon türk lirəsi, 200 prefabrik ev, 130 çadırdan ibarət çadır şəhərciyi, 100 evin tikilməsində sponsorluq və 500 tələbəyə təhsil dəstəyi olub.
Daha öncə Mübariz Mənsimovun sahibi olduğu şirkətin Türkiyədə təbii fəlakət nəticəsində zərər çəkmiş insanlara etdiyi yardım haqqında məlumat vermişdik.