SON XƏBƏRLƏR

Əslən Masallıdan olan iş adamı Mübariz Mənsimov “Vətən müharibəsi” zamanı şəhadətə ucalmış Cəbrayıl Dövlətzadənin adını gəmisinə verəcək. Bu haqda məlumat bu gün, 27 aprel tarixində Palmali Holding-in rəsmi İnstagram hesabında paylaşılıb.

Daima igidlərimizin adını unutdurmayan Mübariz Mənsimov Cəbrayılın anası ilə əlaqə saxlayıb. O, xoş xəbəri anamıza şəxsən telefon danışığı vasitəsilə bildirib.

Mübariz bəy gəmilərinə general Polad Həşimov, əsgər Əli Nəcəfov, İman və Bəhram Məmmədzadələrin adını verib. Həmçinin Mənsimov, 22 aprel tarixində fəxrimiz Pəncəli Teymurovun adını beynəlxalq sularda tanıdacağını bildirmişdi.