SON XƏBƏRLƏR

“Qurban Mənsimov 2 gün əvvəl səhhətinin kəskin ağırlaşması səbəbi ilə İstanbul xəstəxanalarının birinə yerləşdirilib. Hazırda Qurban atanın vəziyyəti orta ağır olaraq dəyərləndirilir.”, – “Palmali Holding”-ın mətbuat xidmətinin rəhbəri Fidan Guliyeva bildirib.

Miyankü kənd məktəbinin direktoru Xudaqulu Tahirov son illərdə Qurban Mənsimovun ürəyində və gözlərində müəyyən problemlər olduğunu bildirib. Mübarizin atası ilə bağlı xoş xatirələri ilə bölüşdü: “Qurban kişi və mənim rəhmətlik atamın keçmişdə öküz arabaları var idi. Onlar araba sürürdülər. Mən uşaq olanda Mübarizin ailəsinin vəziyyətinin çox ağır olduğunu görürdüm, güclə dolanırdılar. Qurban əminin heç bir ali təhsili yoxdur. O vaxtı hamı kimi Qurban əmi də savadsız idi. Amma onun biliyə, savada və öyrənməyə qarşı həvəsi həddindən çox idi. İndi əmi ilə danışanda onun yüksək savada malik olduğu hiss edilir. Onun çox yüksək dünyagörüşü var.”