SON XƏBƏRLƏR

Prezident İlham Əliyev təhsilimizin inkişafında xidmətlərinə görə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 oktyabr tarixində verir.

Belə ki, Sərəncama əsasən, Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəb-liseyin müəllimi Gülarə Əvəz qızı Abasova, Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin müəllimi Taliyyə Sabir qızı İbadova, Cəlilabad şəhər Nizami Gəncəvi adına 1 nömrəli məktəb-liseyin müəllimi Rafət Əzim oğlu Məmmədov, Yardımlı şəhər V.H.Məmmədov adına 2 nömrəli tam orta məktəbin müəllimi İlhamə Əmir qızı Bədirova və Lerik rayonu Almu kənd ümumi orta məktəbinin müəlimi İmran Qurbanəli oğlu İbrahimov “Tərəqqi” medalı ilə təltif olunublar.