SON XƏBƏRLƏR

Lənkəranda Mədəniyyət Nazirliyinə məxsus olan tikili hərraca çıxarılacaq. Bu haqda bu gün, 22 dekabr tarixində Cenublu.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Rayonun Moloja kəndində yerləşən sənətkarlıq klubu satışa çıxarılacaq. Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyində olan obyekt üçün hərrac 10 yanvar 2023-cü ildə saat 10:00-da baş tutacaq.

Əmlakın ilkin satış qiyməti 250 manat, işçilərin sayı isə 3 nəfər təşkil edir.

Hərracla bağlı ətraflı məlumat əldə etmək istəyənlər (kod 02525) 5-15-13 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Ünvan: Lənkəran şəhəri, Qala Xiyabani küçəsi, 30.