SON XƏBƏRLƏR

Milli Televiziya və Radio şurasının nümayəndələri və ARB Cenub kanalının əməkdaşları dəyirmi masa təşkil ediblər. Bu haqda məlumatı bu gün, 16 dekabr tarixində ARB Cenub kanalı verib.

Görüşün əsas məqsədi cənub sakinlərinə narkotik vasitələrin dövriyyəsinə qarşı aparılan mübarizə haqda qanunvericiliyi hansı formada çatdırmaq olub. Müzakirələr zamanı regional medianın və televiziya kanallarının rolu, həmçinin maliyyə texniki problemi haqda danışılıb.

Şura nümayəndələri televiziya kanallarında narkomaniyaya qarşı mübarizə mövzusunda proqramların yaradılmasını təklif ediblər.

Sonda kanal əməkdaşlarının sualları şura aparatının əməkdaşları  tərəfindən cavablandırılıb.