Milli Məclisin deputatı Məşhur Məmmədov YAP Masallı RT inzibati binasında vətəndaşların qəbulunu keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 yanvar tarixində “Masallı Xəbərləri”nə istinadən verir.
Qəbulda şəhid ailələri, qazilər və seçicilər iştirak ediblər. 22 vətəndaşdan 16-sı maddi yardımla bağlı müraciət edib. Millət vəkili Məşhur Məmmədov tərəfindən onların müraciətləri araşdırılıb və yardımla bağlı müraciətlər müsbət qarşılanıb. Onların hər birinə maddi yardım göstərilib.
Müraciətlərlə bağlı yerindəcə tapşırıqlar verilib.