SON XƏBƏRLƏR

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Lənkəran Dövlət Universiteti ilə birgə “Vətən müharibəsində Zəfərimizin bir ili” adlı videokonfrans keçirib. Bu haqda məlumat Milli Məclisin rəsmi Facebook səhifəsində paylaşılıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov, həmçinin LDU-nun müəllim heyəti konfransda çıxışlar ediblər.

Konfrans zamanı məruzəçilər bütün iştirakçıları və xalqımızı Zəfər bayramı münasibətilə təbrik ediblər, son 1 ildə baş verənlər haqda geniş müzakirələr aparıblar. Onlar həmçinin, LDU-un Vətən müharibəsində iştirakı haqda danışıblar, şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükütla yad ediblər, dövlət təltifləri alanlar, qazi olanlar barədə məlumatlar veriblər.