Masallıda deputat Məşhur Məmmədov seçicilərlə səyyar görüş-qəbul təşkil edib. Bu haqda bu gün, 28 noyabr tarixində Cenublu.az Məşhur Məmmədova istinadən xəbər verir.
Görüş Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə baş tutub. Millət vəkili seçicilərin problemlərini, istəklərini dinləyib. Kənd sakinlərinin xırda məişət mövzulu istəkləri yerində həllini tapıb.
Məşhur Məmmədov su problemi məsələsinin həlli üçün orqanlara tapşırıqlar verib.
