SON XƏBƏRLƏR

Masallıdan seçilən deputat Məşhur Məmmədov seçicilərini qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 may tarixində verir.

Masallı rayon Yeni Azərbaycan Partiyasının binasında keçirilən qəbulda 3 nəfəri Vətən müharibəsi iştirakçısı olmaqla 17 nəfər seçici iştirak edib.

Seçicilərin problemlərinin operativ həll edilməsi məqsədilə qəbulda Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev və Masallı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov iştirak ediblər.

Qəbul zamanı əksər istək və problemlər həll olunub, sənədlə bağlı problemlərin həlli üçün müvafiq tapşırıqlar verilib.

 

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.