SON XƏBƏRLƏR

Lənkəranda “Abituriyent Məsləhət Mərkəzi” həftəsonu fəaliyyət göstərəcək. Bu haqda bu gün, 19 avqust tarixində Cenublu.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.

Abituriyentlərə kömək etmək məqsədilə yaradılmış “Abituriyent Məsləhət Mərkəzi” avqustun 20-si və 21-i saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Məzunlar sənədlərini mərkəzə gətirərək mütəxəssislərin xidmətindən ödənişsiz yararlana bilərlər.

Qeyd edək ki, “Məsləhət mərkəzi”ndə xüsusi treninq keçmiş əməkdaşlar fəaliyyət göstərirlər. Onlar “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər barədə məlumat verirlər.