SON XƏBƏRLƏR

Məşhur türk müğənnisi Doğuş “Lənkəran” mahnısını ifa edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 noyabr tarixində verir.

Belə ki, “ARB” telekanalında yayımlanan “Günaydın Azərbaycan” verilişində o, əməkdar artist Sevinc Sarıyeva ilə birgə Lənkəranımıza həsr olunan mahnını ifa edib.

Qeyd edək ki, əsl adı Orxan Baltaçı olan “Doğuş” təxəllüslü müğənni 30 iyun 1974-cü ildə Almaniyada anadan olub. Əslən Rizənin İkizdərəli kəndindən olan müğənni 4 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Ailədaxili problemlər üzündən evdən qaçıb və kiçik yaşlarından küçədə yaşamağa başlayıb. O, 2014-cü ildə “Səni axtarıram” proqramının aparıcısı olan Xoşqədəm Hidayətqızı ilə evlənib. Hazırda 3 övladları var.