Masallıdan olan millət vəkili Məşhur Məmmədov Sənaye Məhəlləsində fəaliyyət göstərən kurslarda olub. Bu haqda bu gün, 9 sentyabr tarixində Cenublu.az millət vəkilinin rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.
Məşhur Məmmədov xalçaçılıq və dərzilik kursları keçilən məkanla tanış olub və kursda təhsil alan, əlilliyi müəyyən edilmiş xanımlarla görüşüb. Millət vəkili və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin İdarə Heyətinin sədri Mirzə Məmməd Vəliyev xanımlardan yaradılmış şərait haqda məlumat alıblar.
Görüş zamanı xanımlar toxuduqları xalçaların satışa çıxarılmasında və ucqar kəndlərdə yaşayan kurs üzvlərinə nəqliyyat məsələsində dəstək istəyiblər. Qonaqlar qısa zamanda xanımların istəklərini reallaşdırmağa çalışacaqlarını bildiriblər.