SON XƏBƏRLƏR

Masallı rayonunun Yeyənkənd kəndində yerləşən işıq dirəyi qəzalı vəziyyətdədir. Bununla bağlı bu gün, 26 may tarixində kənd sakinləri Cenublu.az-a müraciət ediblər.

“Kəndimizin qəbiristanlıq yolu üstündə yerləşən dirək aşmaq üzrədir. Dirək yellənir, xətlərin hesabına dayanır. İşıq naqilləri üçün nəzərdə tutulmuş dirəkdən həm də telefon xətləri keçir. Həmçinin qarşısında transformator yerləşir. İşdi aşsa, işıqsız və telefonsuz qalmaqdan daha böyük fəlakət baş verə bilər”, – deyə sakinlər bildiriblər.

Onların sözlərinə görə, məsələ ilə bağlı “Azərişıq” ASC-nin Masallı Elektrik şəbəkəsinə dəfələrlə müraciət olunub:

“Hər dəfə bildirirlər ki, 3-4 günə əməkdaşlarımız gəlib qəzalı vəziyyətdə olan dirəyi dəyişəcəklər. Lakin gəlib maraqlanan olmur”.