Masallıda altıotaqlı ev yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Hadisə rayonunun Xoşçobanlı kəndində baş verib. Ümumi sahəsi 240 kv.m (hər mərtəbəsi 120 kv.m) olan ikimərtəbəli 6 otaq və eyvandan ibarət evin dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.