SON XƏBƏRLƏR

Masallı rayonunun iki kənd məscidi təmir olunur. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 may tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Belə ki, rayonun Qızılağac kəndində xeyriyyəçilərin maddi dəstəyi və vətəndaşların köməkliyi ilə məscidin döşəməsinə istilik sistemi çəkilib. Təklə ərazisinin Ləngan kəndində isə məscid kənd sakinləri tərəfindən əsaslı təmir olunub.