Masallı rayonunun Ərkivan qəsəbəsində yeni uşaq bağçası istifadəyə verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 may tarixində verir.
Belə ki, 2 mərtəbəli, 100 yerlik müasir uşaq bağçasının açılış mərasimi 9 may saat 11:00-da başlayacaq.
Qeyd edək ki, uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü, xeyriyyəçi iş adamları Qalib Məmmədov və Məşkur Qasımovun maliyyə dəstəyi ilə inşa olunub.