Masallı rayonunun Kürdəbazlı kənd qəbiristanlığının qarşısında şəhid Gülşad Xəlilovun xatirəsinə abidə-bulaq inşa olunur. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 mart tarixində verir.
Hal-hazırda abidə-bulaqda son tamamlanma işləri aparılır.
Qeyd edək ki, Gülşad Elşad oğlu xəlilov 27 mart 2001-ci ildə Masallı rayonunun Kürdəbazlı kəndində anadan olub. O, 15 oktyabr 2020-ci ildə Füzuli döyüşləri zamanı şəhid olub.
