SON XƏBƏRLƏR

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Beynəlxalq yarışlarda qələbə qazanan idmançılardan Bəhruz Şakir oğlu Mirzəyev və Arif Arif oğlu Niftullayevlə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Masallı Rayon İcra Hakimiyyətində keçirilən görüşdə RİHB-in məsul şəxsləri, Gənclər və İdman İdarəsinin əməkdaşları və jurnalistlər iştirak ediblər.

Görüş zamanı icra başçısı Masallıda idman sahəsinin gündən-günə inkişaf etdiyini vurğulayıb. “Bu gün Masallı gəncləri idman sahəsində qazandıqları uğurlarla, qələbələrlə dünyaya səs salır, Azərbaycan bayrağını göylərə qaldırır, bizə başucalığı gətirirlər. İdmançıların əsas, böyük əhəmiyyəti gənc nəslə nümunə olmalarıdır”, – deyə o bildirib.

İdmançılar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda idmançılarla xatirə şəkilləri çəkdirilib.