SON XƏBƏRLƏR

Masallının Həsənli kəndindəki uşaq bağçası şəraitsiz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 may tarixində Oxu.az-a istinadən verir.

1992-ci ildə tikilən bina qəzalı olduğuna görə bağça kənd ərazi nümayəndəliyinin binasına köçürülüb. Lakin burada da bir sıra problemlər var. Ən əsas problem isə içməli su ilə bağlıdır. Müəllimlər içməli suyu öz vəsaitləri hesabına alırlar ki, buna da həftə ərzində 60 manata yaxın pul ödəməli olurlar.

Kənd sakinləri bağçanın hazırkı vəziyyəti ilə bağlı bildiriblər ki, bağçada içməli su, qaz yoxdur. “Otaqlar çox dardır. Uşaqlar istədiyi kimi oturub-dura, müəllimlər isə dərs keçə bilmirlər. Müdirin otağı ilə mətbəx eyni yerdədir”, – deyə onlar əlavə ediblər.