Masallı rayonunda tövlə yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 aprel tarixində verir.
Belə ki, rayonun Göyəçöl kəndində ümumi sahəsi 90 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə və içərisinə yığılan 6 ton ot bağlamasının 3 tonu yanıb.
Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.