Masallıda əhalinin sıx yaşadığı müşahidə edilən 2 kənddə su kanalları təmizlənir. Bu haqda bu gün, 29 noyabr tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Masallıda yağıntıların çox olması səbəbindən kanalların tutulması artıq normal hadisə kimi qəbul edilir. Bunun qarşısını almaq məqsədilə rayonun Türkoba və Şatıroba kəndlərində kanallar təmizlənir. Ümumilikdə 600 metr məsafədə su ötürücü kanallarda məişət tullantıları götürülüb, maneələr aradan qaldırılıb və su ötürücülərinin içləri qum və gildən təmizlənib.