Masallı rayon Bədələn kəndində həkim məntəqəsinin açılışı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 mart tarixində verir.
Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, kənd ağsaqqalları, ziyalılar və tibb işçiləri iştirak ediblər.
Rayon rəhbəri həkim məntəqəsinin əsaslı təmirdən sonra vəziyyəti ilə tanış olub, Masallı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İlqar Ramizoğlu məntəqə barədə məlumat verib.
Həkim məntəqəsində görülən işləri yüksək qiymətləndirən rayon rəhbəri zəhməti olan hər kəsə dərin minnətdarlığını ifadə edib.