SON XƏBƏRLƏR

Masallı rayonunun Ərkivan kəndində yerləşən çəpərsiz transformator sakinlər üçün təhlükə saçır. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 mart tarixində verir.

Sahib Şixəliyev küçəsində yol qırağında yerləşən transformatorun çəpərsiz olması sakinləri narahat edir.

“Ətrafda yaşayış evləri var. Uşaqlar çıxıb həyətdə oynayırlar. Topları dəfələrlə o transformatora yaxın düşüb. Nə qədər də onlara desək ki, yaxınlaşmasınlar, yenə də uşaqlar yaxınlaşırlar. Xahiş edirik, aidiyyəti qurumlar transformatora çəpər çəksinlər”, – deyə sakinlər bildiriblər.