Masallıdan olan şagird “Fövqəladə hallar uşaqların gözü ilə” respublika uşaq yaradıcılığı müsabiqəsində iştirakına görə Fəxri Fərmanla təltif olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 may tarixində verir.
Belə ki, Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Nərminə Seymur qızı Bağırova “Heydər Əliyev ili”nə həsr olunmuş müsabiqədə iştirakına görə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən Fəxri Fərmana təltif olunub.