SON XƏBƏRLƏR

Masallıdan olan məktəbli Riyaziyyat müsabiqəsində fəxri kürsüyə yüksəlib. Bu haqda bu gün, 19 may tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.

Mollaoba kənd B.Şiriyev adına tam orta məktəbin 8-ci sinif şagirdi Şıxəliyev Əliheydər Azər oğlu Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən turnirdə iştirak edib. Fəxrimiz Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində bürünc medala layiq görülüb.

Qeyd edək ki, sözügedən müsabiqə hər il dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdan ibarətdir.