Bu gün Masallıdan olan igid Ramazan Vəliyevin anım günüdür.
Ramazan Vəliyev 1995-ci il iyunun 18-də Türkmənistanın Aşqabad şəhərində anadan olub. Əslən Masallı rayonunun Şərəfə kəndindən olan Ramazan 2002-2013-cü illərdə şəhid Qəhrəman İsmayılov adına Masallı rayon Şərəfə kənd tam orta məktəbində təhsil alıb.
Fəxrimiz 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. 2019-cu ilin noyabrından Azərbaycan Daxili Qoşunlarında “çavuş” rütbəsində müddətdən artıq xidmət edirdi.
Ramazan Vəliyev Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, 29 noyabr 2020-ci ildə Şuşa istiqamətində şəhadətə ucalıb.
İgidimiz 1 dekabr 2020-ci ildə Masallı rayonunun Şərəfə kəndində dəfn olunub. Ramazan Vəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.