Masallılı MMA-çılar Respublika turnirində uğurlu nəticələr əldə ediblər. Bu haqda bu gün, 8 may tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Yarışma ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq təşkil olunub. “Heydər Əliyev kuboku” adlı yeniyetmələr arasında qaydasız döyüş (MMA versiyası) üzrə respublika turnirində paytaxt Bakı ilə yanaşı, Azərbaycanın şəhər və rayonlarından 350-ə yaxın idmançı qüvvəsini sınayıb.
“Masallı Fight Klubu”nun üzvləri Mirhüseyn Bağırov (39 kq), Nihad Cəfərov (29 kq) l yerə layiq görülərək kubokla, Ağaverdi Ömər (26 kq) birinci, Yusif Kərimli (37 kq), Ümid Mənsimov (38 kq), Sübhan Hüseynli (27 kq) isə ll yerə sahib olaraq müvafiq dərəcəli medal və diplomlarla mükafatlandırılıblar.
Eyni zamanda “Masallı Fight Klubu”nun (M.F.C. MMA) rəhbəri Rəmzi Böyükağa oğlu Bağırov 1-ci dan qara kəmər dərəcəsinə, MMA və vale-tudo idman növləri üzrə məşqçi-müəllim sertifikatına layiq görülüb.