SON XƏBƏRLƏR

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının növbəti iclasında qurumun İcraçı direktoru Vüqar Qurbanova iki müavin təyin edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 yanvar tarixində verir.

Təyin olunan müavinlərdən biri Araz Nəsirov əslən Masallı rayonunun Mololon kəndindəndir.

O, ali təhsilini 1998-2003-cü illərdə Türkiyənin Trakya Universitetində Maliyyə menecmenti ixtisası üzrə alıb.

Daha sonra, 2014-cü ildə ADA Universitetində İdarəetmənin inkişafı ixtisası üzrə və 2021-ci ildə Amerika Dyuk Universitetində Layihələrin idarə edilməsi ixtisası üzrə təhsil alıb.

2008-ci ildə “Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti vəzifəsində işləyib. 2004-2009-cu illərdə “Palmali” Şirkətlər Qrupunun aparıcı analitiki vəzifəsində çalışıb. 2014-2018-ci illərdə “Paşa Sığorta” ASC-nin risk meneceri kimi fəaliyyət göstərib.

2018-2022-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub.