Masallıda zəlzələ olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 mart tarixində Apa.az-a istinadən verir.
Zəlzələ yerli vaxtla saat 15:24-də Lənkaran stansiyasından 29 km şimal-qərbdə, Masallı rayonunda qeydə alınıb.
Maqnitudası 3,1, dərinliyi 20 kilometr olan zəlzələ hiss olunmayıb.