Masallıda 8 Noyabr – Zəfər Gününün 3-cü ili qeyd olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 noyabr tarixində verir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, millət vəkilləri – Məşhur Məmmədov, Anar İsgəndərov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçıları, ziyalılar, ağsaqqallar, din xadimləri, məktəblilər və rayon sakinlərinin iştirak etdiyi tədbir ilk öncə ulu öndər Heydər Əliyevin abidəsini, sonra isə Qəhrəmanlar Parkı – Şəhidlər Abidə Kompleksini ziyarət etməklə başlayıb.
Sonra tədbir iştirakçıları Masallı rayon Heydər Əliyev Mərkəzində qələbə sevincindən bəhs edən çıxışları dinləyiblər.
Sonda Masallı rayon Heydər Əliyev adına Parkında Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə konsert proqramı keçirilib.