SON XƏBƏRLƏR

Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə şəhərin «İlqar Plaza» sarayında ehsan süfrəsi təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 noyabr tarixində verir.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, Milli Məclisin deputatları: Məşhur Məmmədov, Anar İsgəndərov və Musa Qasımlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının şəhər, qəsəbə və kəndlər üzrə inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri, SHXÇDX rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi və Aprel döyüşlərinin şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov ehsan süfrəsi tədbirində “Fatihə” surəsini oxuyub.

Tədbirdə şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açılıb, torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarından keçən şəhidlərimizə Allahdan rəhmət dilənib, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman, vətənpərvər, igid oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanmasının hər bir Azərbaycan vətəndaşı üçün qürurverici olduğu söylənilib.

Sonda məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səslənib.

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib
Aktual

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyi əməkdaşları hazırlıq səviyyələrini mükəmməlləşdirmək məqsədilə təlimlər təşkil edib. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir. Cənub Regional Mərkəzində  “Subasma zamanı təhlükəli vəziyyətdə