SON XƏBƏRLƏR

Masallıda əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi təşkil olunub. Bu haqda bu gün, 26 noyabr tarixində Cenublu.az sosial şəbəkələrə istinadən xəbər verir.

“Zəfər” adlı satış sərgisi Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filalı tərəfindən təşkil olunub. Sərgidə 6 sənət növü (rəssamlıq, xalçaçılıq, dülgərlik və s.) üzrə 112 əl işi nümayiş olunub. Əl işləri 20 nəfər əlilliyi olan şəxs tərəfindən hazırlanıb. Sərgidə xalçaçılıq və dülgərlik sənət nümunələri xüsusi maraqla qarşılanıb.

Tədbirin sonunda musiqi bacarığı olan 18 yaşınadək əlilliyi olan şəxslər və musiqi kolleci tələbələrinin “Qələbənin nəğməsi” adlı birgə konsert proqramı təqdim olunub.

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü