SON XƏBƏRLƏR

Masallı rayonunda yerləşən “İlqar plaza” şadlıq sarayında soyğunçuluq əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub. Bu haqda məlumatı DİN-in mətbuat katibi Elşad Hacıyev Cenublu.az-a bu gün, 1 noyabr tarixində verib.

Belə ki, əməli törətməkdə şübhəli bilinən rayon sakini İbrahim Alışov saxlanılıb.

Faktla bağlı Masallı RPŞ-də CM-nin180.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam edir.

Qeyd edək ki, 31 oktyabr tarixində naməlum şəxs 50 yaşlı Əlövsət Əhmədova hücum edərək, onun 200 manat pulunu açıq talama yolu ilə alaraq uzaqlaşmışdı.