SON XƏBƏRLƏR

Masallı rayonu Qəriblər kəndində yerləşən İstisu “Fatimeyi-Zəhra” şəfa sanatoriyasının təmirə ehtiyacı var. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 oktyabr tarixində Real TV-yə istinadən verir.

Belə ki, kurort və sanatoriyaların özəlləşdirilməsi haqqında Fərmana əsasən, 1997-ci ildə iş adamı İldırım Allahyarov sanatoriyaya qanuni sahib çıxıb. Məsələ ilə bağlı İldırım Allahyarovla əlaqə saxlanılıb.

Sualları kobud şəkildə cavablandıran iş adamı bildirib ki, sanatoriya  2023-cü ilin may ayınadək təmir olunacaq. Daha sonra isə yenidən əlaqə saxlayaraq dediklərindən imtina edib. O, sanatoriyanın yaxşı vəziyyətdə olduğunu və ona şər-böhtan atıldığını bildirib. Daha sonra İldırım Allahyarov əlavə edib ki, sanatoriyanın qanuni sahibi o yox, Zamiq Cavadov adlı şəxsdir.

Zamiq Cavadov da sanatoriyada vəziyyətin çox gözəl olduğunu deyərək, suallara cavab verməkdən imtina etdi.

Məsələ ilə bağlı Masallı rayonu İH-nin Qəriblər kənd İnzibati Dairəsi üzrə nümayəndəliyindən bildirildi ki, Qəriblər kəndi ərazisində yerləşən “Fatimeyi-Zəhra” İstisu şəfa sanatoriyası, həqiqətən də, İldırım Allahyarov tərəfindən işlədilir. Təəssüf ki, obyekt sahibkarın fərdi istifadəsində olduğu üçün icra hakimiyyəti və müvafiq qurumlar tərəfindən heç bir təzyiq göstərmək mümkün deyil.

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda