SON XƏBƏRLƏR

Masallıda 20 Yanvar şəhidlərinin xatirəsinə tədbirlər təşkil olunur. Bu haqda bu gün, 19 yanvar tarixində Cenublu.az Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Turnir Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib. Boradigah qəsəbə İdman Zalında təşkil olunan yarışlar öncəsi 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb, şagirdlərə faciə haqqında məlumat verilib.

Turnirin yekun nəticələrinə əsasən, qalib komandalara təşkilat komitəsinin müvafiq dərəcəli diplomları təqdim edilib.

Yarışın keçirilməsində məqsəd 20 Yanvar şəhidlərinin xatirəsinin yad olunması, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, onların minifutbol idman növünə maraqlarının artırılmasıdır.